Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Oxu.Az xəbər verir ki, bu gün münasibəti ilə paytaxt Bakı üçrəngli bayraqlarımızla bəzədilib. Yaşayış binalarının eyvanlarından bayraqlar asılıb.
Zəfər Günündən sonra şəhərdə bayram əhval-ruhiyyəsi, qürur sevinci Dövlət Bayrağı Günü ilə davam edir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.


Şərhlər
Bayrağın rəngini təbliğ etməkdən daha üstün,o Bayrağın qüdrətini xalüqın güzəran ehtiyaclarını ödəməyə yönəltmək lazımdır."Qızıl teştin içində qan qucacağıqsa" o teşt nəyimizə gərəkdir?Xalq iş yeri və yaşamaq üçün imkan axtarır.Bir-iki YAP-çının əlinə bayraq verib küçələrə salmaqdansa xalqın güzəran dərdinə çarə aramaq lazımdır.