Menu

Gürcüstanda daha 5 751 nəfərdə COVID-19 aşkarlanıb - 78 nəfər ölüb

10.11.2021, 10:52
Gürcüstanda daha 5 751 nəfərdə COVID-19 aşkarlanıb - 78 nəfər ölüb

Gürcüstanda son sutkada koronavirusa 5 751 yeni yoluxma halı qeydə alınıb, 78 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Ötən 24 saat ərzində daha 3 647 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 766 818 nəfər yoluxub. Onların 700 568-i sağalıb, 10 662-si isə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol