"Azərbaycan 2022-2030-cu illəri əhatə edəcək yeni strateji inkişaf mərhələsinə daxil olub".
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında, gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində bildirib.
"Ölkənin ərazi bütövlüyünun təmin edilməsi ilə səciyyələnən bu dövrdə qarşımızda iqtisadi artımın daha dayanıqlı rayderlərlə hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin innovasiya yönümlülüyünün, maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin inteqrasiyası kimi yeni vəzifələr durur", - o deyib.
"Bununla bağlı ölkənin 2022-2026-cı illər üzrə yeni inkişaf strategiyasının hazırlanması çərçivəsində növbəti qısamüddətli dövr üçün dövlət büdcəsi zərfinin formalaşdırılması üçün Maliyyə Nazirliyi, digər dövlət qurumları və İqtisadiyyat Nazirliyi arasında müzakirələr keçirilib", - M.Cabbarov əlavə edib.


Şərhlər
Ayə ay millət siz Allahımız bu yeni strateji inkişaf mərhələsinə girən varsa yol- yolagasını mənə də başa salsın. Əvvəlcə ora girən varsa desin görək ora necə yerdi. Yoxsa yəqin ki, hamı gedib girib orda keyf eləyir mən qalmışam burda. Kömək edin yoxsa mən burda lap canımdan demişəm və gedib Koroglu körpüsünə dırmaşmaq istəyirəm.