Menu

"Yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir" - Sahil Babayev

10.11.2021, 12:36
"Yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir" - Sahil Babayev

“Əsassız müxtəlif qərarlarla saxta pensiya işlərinin formalaşdırılması və bunun hesabına köhnə dövrə yaradılan təxminən 60-80 milyon manat ödəmələrin qarşısı alınıb”.

“Report”un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, arxiv sənədlərin mərkəzləşdirilməsi də həyata keçirilir: “Bu çərçivədə yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir. Növbəti il üçün işsizlikdən sığorta fondu 180 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu cari illə müqayisədə 14 % artım deməkdir”.

Şərhlər

Seyid Ənhu 2021-11-10 16:11:43

HÖRMƏTLİ AZPOLİTİKA QEYRİ-MÖTƏBƏR MƏNBƏLƏRİN DEDİYİNƏ GÖRƏ ÖLKƏDƏ 6 MİNƏ QƏDƏR İNSANIN HƏR BİRİ AYDA 17 MİN MANAT PENSİYA ALIR. BİLMƏK İSTƏRDİK BU İNSANLAR KİMLƏRDİR VƏ HANSI XİDMƏTLƏRİNƏ GÖRƏ BÜDVƏNİN TƏN YARISI BU ADAMLARA VERİLİR.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol