Menu

"Bu il 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib" - Nazir

10.11.2021, 12:38
"Bu il 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib" - Nazir

"Cari ilin 10 ayında təqribən 500 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib".

"Report"un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Xərclərin optimallaşdırılması və əsassız pensiya işlərinin ləğvi üzrə aparılan işlər nəticəsində 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 246 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib", - nazir vurğulayıb.

Şərhlər

t.ədalət 2021-11-10 18:10:23

Hərbi xidmətdən qaçıb gizlənən bu nazir yaman fəallaşıb...

TARIX 2021-11-10 15:59:57

DEDİYİNİZ NƏ DƏRƏCƏDƏ HƏQİQƏTƏ UYĞUNDUR CƏNAB NAZİR???

Səyyad 2021-11-10 14:46:17

Zalım oglunun qılıncı deyəsən həzrət Əlinin qılıncın an bir az da itirdi haaa... Bir zərbəyə gör nə qədər baş kəsir, evlər yıxır, tifaqlar dagıdır... Məni qınamayın mən bu Sahildən şübhələnmişəm ki, aya birdən bu Əzrayılın yeni, sovremennı forması olar xavarlmız olmaz... Tərcümeyi halı da qarmaqarışıqlıq e fələk də baş açmır.... Yoxxx aşna burda nəsə var..

Vahid 2021-11-10 13:10:19

Saxta pensiya düzelden nazirliyin işçileri cezasiz qaldi,Ay Sahil Babayev

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol