Menu

GENERAL RƏİS MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Qardaşı icra başçısıdır + FOTO

10.11.2021, 20:20
GENERAL RƏİS MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ -  Qardaşı icra başçısıdır + FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavinlərindən biri işdən çıxarılıb. Bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, general-mayor Şahvələd Əliyev Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, Ş.Əliyev 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsində çalışırdı. Prezident İlham Əliyevin 2019-cu il 11 fevral tarixli sərəncamı ilə ona general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, Ş.Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin qardaşıdır.

 Şahvələd Əliyev

Şahvələd Əliyev


 Ziyəddin Əliyev

Şərhlər

Samir Məhəmmədi 2021-11-11 03:29:56

basıblar aləmi qardaş başçı özü vayenkom ...

Sabir 2021-11-10 21:00:01

Bu qurumun rayon şöbələrindən də tutulub Bakıya aparılanlar barədə söz söhbətlər böyüyür. Məsələn Zərdabın voenkomatını deyilənə görə bir həftə olar gəlib aparıblar. Görünür 44 günlük müharibə zamanı bunların etdiklərindən xəbərdarmışlar sadəcə tədbir görülməsi uçün zamanı indi imiş. Yəqin bunun günahı artıq sübutunu tapıb...

Sahib 2021-11-10 19:55:38

Uzunen nur yagir

t.ədalət 2021-11-10 18:01:10

Şahvələd Göyçənin Ardanış kəndindən idi,türk idi.... arasında olmaq ona çox çətin idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol