Azərbaycanda polislərin maaşlarının artırılması təklif edilib.
“Report”un xəbərinə görə, bunu deputat Qüdrət Həsənquliyev noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
O bildirib ki, polislərin maaşının ən azı iki dəfə artırılmasına ehtiyac var: “Çünki hazırda onların maaşı çox aşağıdır”.


Şərhlər
bu deputat artiq bu məsələni 2 dəfə qaldırır Məqsədi nədir Yoxsa polisdə quluq edən gohumlarına maaş azlıq edir Buyursun öyrənsin sıravi polisin maaşı müəllim həkim və digər peşə sahiblərdən yuksəkdir Və mən içtimai nəqliyyətda avtobusda metrods son vaxtlar sərhəd qoşunların zabitləri və hərbçiləri görürəm Polis serjantı kömrük işçilər şəxsi maşinlarda gəzir Budu bu günki realıqma
Qaldirin ki bəlkə millətin cibinə göz tikməsinlə....
Mən başa düşmədim bu Q.Həsənquliyev millətin vəkilidir yoxsa polisin? Millətin düşünməyən bu cür deputatllardan xalqın görəsən nə vaxt canı qurtaracaq?
Siz yuxudan nə zaman ayılıb,düşünmüş təkliflə çıxış edə biləcəksiniz.Guya bilmirsinzi ki,bu gün polislərin maaşı və pensiyaları 30-40 il sənayedə ağır işlərdə çalışanlarınkından ,müəllimlərdən dəfələrlə artıqıdır? ...
Qüdrət bəy hələ anlaya bilmir ki, polislərin maaşları və pensiyaları onlardan da artıq zəhmətlə çalışanlardan dəfələrlə yüksəkdir.Belə təkliflər polisi nsanların gözündən salır,onlara qarşı bir növ aqressiya yaradır.Çünki polis də adi Azərbaycan vətəndaçldır və onun seçimi də bu vəzifədir.Ona görə Polislərə,Prokurorlar və digərlərini aaş və pensiya ilə fərqləndirmək hummanizmdən uzaq olmasa kütləvi narazılıq yaradıb.bmk