“Dövlət başçısının tapşırığı əsasında əməkhaqqını artırılması ilə bağlı təkliflər hazırlanıb”.
“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.
“Hesab edirəm ki, bunlar hüquq-mühafizə orqanlarında çalışanlara da aid ediləcək”, - nazir vurğulayıb.
Xatırladaq ki, deputat Qüdrət Həsənquliyev iclasda polisin maaşının ən azı iki dəfə artırılmasını təklif edib.


Şərhlər
Azər çox sağ ol düz qeyd edirsən. Belə çıxır ki, DYP, PPX, kriminalistlər, istintaq və təhqiqat, ÇPA istisna olmaqla digər xidmətlər bizim DİN-nə aidiyyəti yoxdur
Belke polusisin sayini SSRI vaxtinda olan reqeme qaytarmaq lazimdir. Bu qeder polis kime lazimdir?
əlillərin pensiyalarını kəsib polislərə verin ki, milləti yaxşı döysünlər! Yazıqlar çox zəifləyiblər!
polisin yox harbicilerin maasi qalixmalidi
İki dəfə artırmaq lazım deyil, bütün xidmət sahələrinin maaşlarını bərabərləşdirmək kifayətdir. Məsələn, DİN-in Komendant xidmətinin 1 gün stajı olan polis nəfəri DİN-in 30 il stajı olan, vəzifədə qar-qat yuxarı olan polkovnikindən cox maaş alır. Və yaxud, DYP, PPX, kriminalistlər, istintaq və təhqiqat, ÇPA və bir neçə digər sahələrdə xidmət edənlər başqa xidmət sahələrində işləyənlərdən 2 və daha artıq dəfə çox maaş alır. Bu gülməli və ağlamalı haldır. Kənardan baxanlar üçün gülməli, DİO-da olanlar üçün ağlamalı haldır.