Menu

Müharibə veteranlarına verilən müavinətin 130 manata qaldırılması təklif olunub

11.11.2021, 15:17
Müharibə veteranlarına verilən müavinətin 130 manata qaldırılması təklif olunub

Azərbaycanda müharibə veteranlarına verilən müavinətin artırılması təklif edilib.

“Report”un xəbərinə görə, bunu Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, hazırda müharibə veteranlarına 80 manat məbləğində müavinət verilir: “Təklif edirəm ki, həmin müavinət 130 manata qaldırılsın”.

Şərhlər

t.ədalət 2021-11-11 19:46:18

Elə bilirəm ki,bu pul müavinət deyil,kommunal xərclərə görə veteranlara verilən vəsaitdir.

Malik 2021-11-11 15:37:59

Mende teklif edirem ki, hemin muavinati heqiqi Qarabagda vurushanlar alsin Hemin alanlarin yaridan coxu Qarabagin yolunu bilmir ve hec biri eline silah almayib, ozbashnaliq dovrunde adini pulla veteran edib, yazin gorek ne qeder 1-ci Qarabax veterani hemin pulu alir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol