Menu

Rusiya Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

11.11.2021, 16:39
Rusiya Müdafiə Nazirliyi ABŞ-a xəbərdarlıq edib

“ABŞ-ın Rusiya sərhədləri yaxınlığında plandankənar təlimlər keçirməsi təcavüzkar fəaliyyətdir”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Rusiya bunu regional təhlükəsizlik və strateji sabitlik üçün təhdid sayır.

Xatırladaq ki, ABŞ və müttəfiqləri Qara dənizdə hərbi təlimlər keçirir.

Şərhlər

İsmayıl 2021-11-11 17:16:31

Təlimlərə davam Amerika. Sizdən də bir xeyir görək,dualarım sizlərlədi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol