QARABAĞDA SEPARATÇILAR MÜLKİ ƏHALİNİ SİLAHLANDIRIR - Yeni müharibəyə hazırlaşırlar?

"Qarabağda separatçı-terrorçular yeni müharibəyə hazırlaşır. Baş separatçı Araik Arutyunyanının dünən “proqram” xarakterli çıxışı bunu təsdiqləyir." 

Bunu siyasi ekspert Asif Nərimanlı bildirib.

"Separatçıların başçısı deyir ki, “silahlar haqqında qanuna dəyişikliklərlə silah əldə etmək imkanları genişləndiriləcək”. Bununla bağlı qondarma “qanun layihəsi” mart ayında irəli sürülüb", - deyə ekspert qeyd edib.

A.Nərimanlı daha sonra aşağıdakıları yazıb:

"Məsələ Qarabağdakı erməni mülki əhalinin də silahlanmasından ibarətdir. Bu, bir neçə məsələni ön plana çıxarır:

1. Separatçılar gələcək toqquşmalara hazırlaşır: burada həm mümkün anti-terror əməliyyatlarına qarşı “müdafiə olunmaq”, həm də iddia etdikləri keçmiş “DQMV”-nin “ərazisini” bərpa etmək niyyətləri də var;

2. Separatçılar Qarabağdakı mülki erməniləri də terrorçuya çevirir və onların nə vaxtsa Azərbaycan vətəndaşlığını qəbul etməsi imkanlarını sıradan çıxarır: mülki ermənilər silah tuşladıqları ölkənin vətəndaşı olmadan çəkinəcəklər;

3. Separatçılarda silahların sayı mülki əhaliyə də paylayacaq qədərdir: 44 günlük müharibədən sonra bu qədər silahın olması təsadüfi deyil və bu, Laçın dəhlizindən kiçikçaplı silahların Qarabağa daşındığı, dəhlizdən zaman-zaman erməni dəstələrinin keçidinə icazə verən rus sülhməramlılarının mülki avtomobillərin yük yerində kiçikçaplı silahların keçirilməsinə şərait yaratdığı fikrini önə çıxarır;

4. Separatçılar Azərbaycana qarşı mülki əhalidən ibarət “könüllü dəstələr” formalaşdırır;

Və ən vacib məsələ Laçın dəhlizindən silah-sursat daşınmasıdır. İstisna deyil ki, yüklər dəhlizə vizual nəzarət edən Azərbaycan hərbçilərinin görə bilməyəcəyi kiçikçaplı silahlar, o cümlədən, artilleriya mərmiləri və s. ibarətdir.

Araik onu da qeyd edir ki, “cəbhə xəttinin möhkəmləndirilməsi, funksiyalarının lazımi şəkildə yerinə yetirilməsi üçün xeyli iş görülüb”.

Baş separatçı açıq şəkildə etiraf edir ki, Azərbaycan Ordusuna qarşı cəbhə xətt formalaşdırıblar və rus sülhməramlılarının dayandığı mövqelərlə yanaşı, erməni terrorçuların da postları var. Qarabağa qanunsuz səfər edən Ermənistan müdafiə naziri Arşak Karapetyan da terrorçuların qurduğu postlarda olub.

Və görünən budur ki, müharibənin başa çatmasından bir il sonra Qarabağda separatizm yenidən güc toplayır".

Şərhlər

Niyaməddin 2021-11-12 09:14:55

Bəli, rus ayıları ilə birlikdə yeni müharibəyə hazırlaşırlar, əsl müharibəyə! Bizimkilər də qələbə eyforiyası ilə məşğuldurlar. Türk hərbi bazaları dərhal Azərbaycanda qurulmalıdır. Bu dəfə ermənilər yox, rusiya bizimlə müharibə edəcək!

Abbas 2021-11-11 23:06:26

Bunun üzündən zəhrimar yağır.Sanki hamı ona borcludur.Belə tipləri haradan çıxarıb vəzifə verirsiniz?

qaraguruh 2021-11-11 21:16:31

uzaqgörən, dərin təfəkkürə malik siyasilərimizdən cavab istəyin--mən bilirəm nə deyəcəklər --ancaq 6 aydan sonra dedikləri yenə sıfırlanacaq necəki əvvəllərdə demişdik---ayyyay

Ramil 2021-11-11 20:44:14

Azpolitika sizin mənasız reklamlarınız nə isə oxumağa imkan vermir.

t.ədalət 2021-11-11 19:36:23

Sülh müqaviləsini imzalamağa qoymayan Putin çoxdandır ki,müharibəni davam etdirmək istəyir.Buna görə də Rusiya hərbi sənayesi PUA-lara qarşı silahlar hazırlamaqla məşğuldur.....Nə yaxşı ki Türkiyə var.Yoxsa ordumuzdakı rus təhsilli zabitlər böyük fəlakətlər törədə bilərlər.

Son yazılar


Новости

Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024

Смартфоны продолжают оставаться...

Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024

Рынок ноутбуков в...

Тренды крипторынка 2024 - Crypto Market Trends

Криптовалютный рынок —...