Menu

Azərbaycanda tələbə vəfat edib

12.11.2021, 10:08
Azərbaycanda tələbə vəfat edib

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tələbəsi vəfat edib. Oxu.Az xəbər verir ki, kollecin tələbəsi 2006-cı il təvəllüdlü Ağaxan Musayev vəfat edib. O kollecin simli alətlər fakültəsinin birinci kurs tələbəsi olub.

Kollecdən tələbənin vəfatı ilə bağlı məlumatı Oxu.Az-a təsdiq ediblər.

Ailəsindən onlara verilən məlumata əsasən, həkimlər tələbənin tromb səbəbindən vəfat etdiyini deyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol