Menu

Ordu polkovniki həbs edildi - Türkiyənin verdiyi PUA-ların sirrini Rusiyaya satırmış + VİDEO

12.11.2021, 13:17
Ordu polkovniki həbs edildi - Türkiyənin verdiyi PUA-ların sirrini Rusiyaya satırmış + VİDEO

Türkiyənin Ukraynaya satdığı pilotsuz uçuş aparatları (PUA) ilə bağlı casusluq edən şəxs tutulub. PUA-nın Ukrayna bazasındakı komandirinin texnologiya məlumatlarını ruslara satdığı iddia edilir.

Ukrayna Milli Kəşfiyyat Xidməti “Bayraktar TB-2”nin yerləşdiyi Ukrayna Hərbi Dəniz Qüvvələrinin 10-cu dəniz aviasiya briqadasının komandiri polkovnik İlya Oleynikin ruslar üçün kəşfiyyat məlumatları topladığını üzə çıxarıb.

Ukrayna əks-kəşfiyyat idarəsi Oleyniki saxlayıb. Ruslar üçün casusluq edən Oleynikin rus əsgərləri və Krımdakı şəxslərlə əlaqə saxladığı açıqlanıb.

Ukrayna qanunlarına görə, polkovnikin casusluq cinayəti sübuta yetirilərsə, güllələnmə ilə edam olunacaq.(“Qafqazinfo”)

Şərhlər

RR 2021-11-13 04:26:05

axtarsaq bizdede satqinnar rusdara ishleyenler coxdu )

t.ədalət 2021-11-12 19:08:17

Bizim orduda da .... rus ordusunun cəbhə xəttində vurulmuş tanklarının nömrəsini yazır,şəklini çəkib Moskvaya göndərirdilər.Polkovnik Oleynik kimi Azərbaycan ordusunda da xeyli casus var.Hətta anası erməni olanlara bizdə general rütbəsi veürib idarə rəisi və s.vəzifələrə qoyurdular.Onların əksəriyyəti indi də fəaldır.

Niyaməddin 2021-11-12 14:19:11

Lənətlənmiş zatıqırıqı güllələmək lazımdır!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol