“Bizdə bu gün gəlirlərin uçotunda hələ də boşluq var”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, son illər ərzində bu sahədə ciddi uğurlar var: “3 il ərzində əmək müqaviləsi 400 min, əməkhaqqı fondu 83% artıb. Burada 7-8 milyardlıq leqallaşma baş verib. Amma bütün gəlirlər leqallaşmayıb. Bununla biz ünvanlı sosial yardım təyinatında üzləşirik. Ona görə ünvanlı sosial yardım təyinatında təkcə gəlirlərə yox, xərclərə də baxırıq. Kənd təsərrüfatı sahəsində məşğul insanların sayını biz bilmirik. Birinci bu istiqamətdə uçotumuzu dəqiqləşdirməliyik. Tam liberal iqtisadiyyata keçid özü ilə yanaşı bir sıra sosial çətinliklər gətirir. Bu gün bizim dövlət şirkətlərində 28 min izafi işçi qüvvəsi var idi, artıq onu 17 minə endirə bilmişik. Biz çalışırıq ki, onları hamısını birdən- birə küçəyə atmayaq. Təkcə 11 dövlət şirkətimiz var. Biz onları peşə təhsilinə və s. cəlb edirik. ƏƏSMN-də 11 minlik işçi heyətdən bu gün 8 min işçi qalıb. Elektronlaşdırma aparıldığı üçün artıq 30 % işçi qüvvəsi azalıb. Bu, bizi bütün sahələrdə gözləyir. Dövlətin sosialyönümlü yanaşmasını, sosial siyasətini qəbul etdikdə orada qərar qəbul etmək çox çətindir. Ona görə də aktiv məşğulluq tədbirləri tətbiq etməliyik və o şəxslərə imkanlar yaratmalıyıq. Paralel olaraq özəl sektoru təşviq etməliyik və yeni iş yerləri yaranmasına şərait yaratmalıyıq ki, o insanlar işsiz qalmasın”.


Şərhlər
200000 nəfərin pensiyasını " saxta" deyib kəsdi ürəyi doymadı. İndi dövlətə canı yanlışlıq adı ilə 28000 işçini küçəyə aydır. Görünür elə dövlətin pulunu bu 28000 nəfər işləyib maaş alıb dagıdırmışlar. Qənaət etmək lazım olanda da kasıbın pulunu dibindən kəsib Milli məclisin deputatların verməlidirlər ki. Deputatlar kasıb yaşayır.. Sahil konkret bu millətin qanına susmayın.. P.S. Rusiyada,. Gürcüstanda, Türkiyədə və s. Deputatlar nə qədər maaş alır?
Sahil Babayev,artıq ...Günahsız insanları aclıqla imtahan edir.....S.Babayev nazir təyin olunan zaman MM-in keçmiş sədr müavini Valeh Ələsgərov dedi ki....Həmin pianinonun səsini xalq indi daha yaxşı duymağa başlayıb..