Sabirabad rayonunun Yolçubəyli kənd sakini, 1973-cü il təvəllüdlü Eldarov Elşad Eldar oğlu üzərinə benzin tökərək özünü yandırıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, ağır yanıq xəsarətləri alan 48 yaşlı kənd sakini Şirvan xəstəxanasına çatdırılıb.
Xəstənin vəziyyətinin ağır olduğundan onun paytaxta ixtisaslı xəstəxanaya yola salınacağı bildirilir.


Şərhlər