Menu

YOLUXMA SAYI YENƏ 2000-nin ÜZƏRİNDƏ OLDU... - Koronavirus statistikası

13.11.2021, 18:37
YOLUXMA SAYI YENƏ 2000-nin ÜZƏRİNDƏ OLDU... - Koronavirus statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 001 yeni yoluxma faktı qeydə alınıb, 2 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 558 431 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 520 250 nəfər müalicə olunaraq sağalıb, 7 416 nəfər vəfat edib, aktiv xəstə sayı 30 765 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 099, ötən müddət ərzində isə ümumilikdə 5 347 509 test aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol