Menu

Türkiyə xüsusi təyinatlıları daha 2 terrorçunu məhv edib

13.11.2021, 22:58
Türkiyə xüsusi təyinatlıları daha 2 terrorçunu məhv edib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK-nın Suriya qanadı - YPG terror təşkilatının iki silahlısını zərərsizləşdirib. "Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, YPG/PKK silahlıları “Barış pinarı” antiterror əməliyyatı zonasına daxil olmaq istəyərkən məhv edilib.

“Barış pinarı” əməliyyatı zonasında sabitliyi pozmaq cəhdinin qarşısı Türkiyə hərbçiləri tərəfindən alınıb”, – Türkiyə Müdafiə Nazirliyi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol