Menu

Türkiyə darmadağınla ikinci pilləyə yüksəldi - VİDEO

13.11.2021, 23:35
Türkiyə darmadağınla ikinci pilləyə yüksəldi - VİDEO

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində IX tur davam edir. Oxu.Az xəbər verir ki, G qrupunda günün ilk iki matçı baş tutub.

Türkiyə yığması öz meydanında Cəbəllütariqlə qarşılaşıb. Görüş “ay-ulduzlular”ın 6:0 hesablı darmadağını ilə yekunlaşıb.

Bu qələbədən sonra Türkiyə yığması xal hesabını 18-ə çatdırıb. Norveçin evdə Latviya ilə qolsuz heç-heçə etməsi “ay-ulduzlular”ın ikinci sıraya yüksəlməsi üçün yetərli olub. Şimallıları top fərqində keçən Ştefan Kuntsun yetirmələri Niderlanddan bir xal geri qalır.

Qeyd edək ki, qrupun bu gün baş tutan Norveç – Latviya görüşü 0:0 hesabı ilə başa çatıb.

Niderland isə Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşmada Monteneqronun qonağı olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol