Menu

Rusiyada son sutkada koronavirusdan 1219 nəfər ölüb

14.11.2021, 12:17
Rusiyada son sutkada koronavirusdan 1219 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 38 823 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. 

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 070 674 nəfərə çatıb. 

Son sutka ərzində 1219 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya dövründə ölüm halında maksimum göstəricidir. Ümumilikdə koronavirusdan ölənlərin sayı 255 386 nəfərə çatıb. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdə gəlir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol