Menu

Ceyhun Bayramov Aİ, NATO və ÜGT rəsmiləri ilə görüşəcək

14.11.2021, 12:39
Ceyhun Bayramov Aİ, NATO və ÜGT rəsmiləri ilə görüşəcək

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycanın xarici işlər naziri səfər çərçivəsində Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Eyni zamanda, xarici işlər nazirinin Aİ, NATO və Ümumdünya Gömrük Təşkilatının rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Şərhlər

Elman 2021-11-14 18:22:41

Ona deyin,şpalqalkasını özü ilə götürsün.Onsuz o batar.Yazıb ona verilməlidir ki,heç olmasa höcclyə bilsin.Vallah ayıbdır.Fransa xarici işlər naziri ilə görüşdə onun yerinə xəcalət çkdim.Bu təhsildə nə işə yaradı ki,onu XİN-nə gətirdilər.Ayıb deyilmi? Adam tapım İnsan özü-özünə,şəxsiyyətinə hörmət etməyi,bacardığı boşqaba oturmağı anlamalıdır.mÖlkə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol