Menu

AZƏRBAYCAN BU YOLDA YENİ GÖMRÜK MƏNTƏQƏSİ YARADIR - Ermənistanın MTX məlumat yayıb

15.11.2021, 19:08
AZƏRBAYCAN BU YOLDA YENİ GÖMRÜK MƏNTƏQƏSİ YARADIR - Ermənistanın MTX məlumat yayıb

Azərbaycan noyabrın 15-dən etibarən Qafan-Çakaten yolunda gömrük məntəqəsi yaradacaq.  Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

“Noyabrın 15-də saat 00:00-da Azərbaycan tərəfi sərhəd-gömrük nəzarətinin həyata keçirilməsi üçün Qafan-Çakaten yolunun nəzarəti altında olan hissəsində nəzarət-buraxılış məntəqəsi quracaq”, - məlumatda deyilir.

Qeyd olunur ki, Ermənistan tərəfi güzgü prinsipinə əsasən həmçinin sərhəd və gömrük nəzarəti məntəqələri yaradacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Qorus-Qafan yolunun Azərbaycanın Qubadlı rayonunun Eyvazlı və Çaysəmi kəndlərindən keçən hissəsində gömrük və sərhəd nəzarəti tətbiq edib. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol