Menu

NAZİR ÖZÜNÜN MÜŞAVİRİNƏ YÜKSƏK VƏZİFƏ VERDİ - Yeni Agentliyə sədr təyin etdi

15.11.2021, 18:46
NAZİR ÖZÜNÜN MÜŞAVİRİNƏ YÜKSƏK VƏZİFƏ VERDİ - Yeni Agentliyə sədr təyin etdi

Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev müşavirini yeni vəzifəyə təyin edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Əhmədov Fərid Turab oğlu "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin olunub.

Qeyd edək ki, Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb. 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb. Rus və ingilis dillərini bilir.

Xatırladaq ki, Prezidentin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Agentlik nazirliyin tabeliyindəki "Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin, İnnovasiyalar Agentliyi publik hüquqi şəxsin və nazirliyin nəzdindəki Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə yaradılıb.

Şərhlər

İ.Mustafaoğluna 2021-11-16 12:38:30

Düzdür əsl rabitəçiləri çoxdan kənara atıblar,onların yerinə indi nazirin qohum əqrəbəsi yerliləri gəlib,hələdə davam edir gəlməkləri.

Poçtalyona 2021-11-16 10:58:38

Emin Əfəndiyev həmin saxta tikinti və təmir işləri bir başa keçmiş nazir və indiki 1-ci müaveni Əli Abdullayevin əliylə edib.

Poshtalyon 2021-11-16 10:14:23

Azerpochtda 4×5 metrelik kend pocht shobesini Emin Efendiyev oz shirketi vasitesile 96 min manata tikib indi de gacib. Bunlardan yazin. Indeed 20 dene showed tikilir. Gor negeder pul yeyilib

Rabitəçi. 2021-11-16 09:23:02

Məqsədli şəkildə rabitəmizi dağıdıb,xarici şirkətləri yerləşdirmək üçün.

İ.Mustafaoğlu 2021-11-15 21:42:48

Əsl rabitəçilər kənarda qalıb ?

Akif 2021-11-15 12:55:01

Bu adam nə yatdı ki, nə yuxu görə?

Rza 2021-11-15 12:48:01

Yəqin İngiltərədə 1-2 aylıq kurs keçib

Ramil 2021-11-15 12:39:57

İdarəçilik uşaq baxçası ilə tərs salınıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol