Menu

"Qarabağ Dirçəliş Fonduna 100 milyonlarla vəsait toplanıb" - Sədr

15.11.2021, 13:07
"Qarabağ Dirçəliş Fonduna 100 milyonlarla vəsait toplanıb" - Sədr

"İndiyədək Qarabağ Dirçəliş Fonduna 100 milyonlarla vəsait toplanıb".

"Report" xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (International Business Forum – IBF) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, fond bu vəsaiti səmərəli istifadə etməyə çalışır: "Məqsədimiz mümkün qədər büdcədən kənar mənbələr hesabına vəsait toplamaqdır. Bizim vəsaitlər əsasən ianələr hesabına formalaşır. Artıq 4 böyük audit şirkətinin təkliflərini nəzər almışıq və tezliklə auditor təyin edəcəyik. Hansı ki, onlar bizə hər ilin sonunda audit məlumatları təqdim edəcəklər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol