Menu

"Nizaminin, Füzulinin irsinin mənimsənilməsinin qarşısını almaqda qərarlıyıq” - "Fars kimi təqdim edilir"

15.11.2021, 13:16
"Nizaminin, Füzulinin irsinin mənimsənilməsinin qarşısını almaqda qərarlıyıq” - "Fars kimi təqdim edilir"

“Təəssüflər olsun ki, bəzi ölkələrdə qəsdən Azərbaycana aid olan görkəmli şəxsiyyətlər, sənət əsərləri ya fars, ya da erməni kimi təqdim edilir”.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov ABŞ-ın Metropoliten Muzeyində Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsinə münasibət bildirərkən deyib.

“Bu illərdir bizə qarşı aparılan böyük bir kampaniyadır. Mütəmadi olaraq xaricdə olan tərəfdaşlarımızı və mədəniyyət insitutlarını xəbərdar etməyə çalışırıq. Burada məlumatlılıq səviyyəsinin artırılması önəmlidir. Dünyaya göstərməliyik ki, Nizami Gəncəvi də, Füzuli də, xalçalarımız da Azərbaycan xalqına, yaradıcılığına məxsusdur. Bu, uzunmüddətli bir işdir, amma bu işi görməliyik. Çünki başqa cür mənimsəmə faktları çox olur. Bu cür mənimsəmələrin qarşısını almaqda qərarlıyıq”, - nazir bildirib.

Şərhlər

t.ədalət 2021-11-15 14:27:18

Nə yaxşı ki Nizami Gəncəvi haqqında Məmməd Əmin Rəsulzadənin yazdığı kitab professor Nəsiman Yaqublunun araşdırılması nəticəsində ortaya çıxdı.İndiyə kimi sovet qaradimdikləri(akademikləri) onun haqqında ermənicəsinə məlumatlar veriblər.M.Ə.Rəsulzadənin kitabında dahi türk şairi N.Gəncəvini yaxından tanımaq,onun nə qədər böyük bir şair olduğunu görmək olur.Təəssüf ki bu kitabın çapına hökumət dəstək vermir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol