Menu

Gürcüstanda COVID-19-a 5 204 yeni yoluxma qeydə alınıb - 83 nəfər ölüb

16.11.2021, 10:58
Gürcüstanda COVID-19-a 5 204 yeni yoluxma qeydə alınıb - 83 nəfər ölüb

Gürcüstanda ötən sutka ərzində koronavirusa 5 204 yeni yoluxma halı təsdiqlənib, 83 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saatda daha 4 785 nəfər müalicə olunaraq sağalıb.

İndiyədək Gürcüstanda 791 115 nəfərdə COVID-19 infeksiyası aşkarlanıb. Onların 727 184-ü sağalıb, 11 140-ı isə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol