“Gələn ilin Azərbaycanın dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpa olunması, həmin ərazilərə böyük qayıdışın təmin edilməsidir”.
“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Bununla belə, nazirin sözlərinə görə, gələn il büdcədə sosialyönümlü xərclər də priorotet olacaq: “Büdcədə sosialyünümlü xərcləromn payı 46,4%-ə yüksələcək. Növbəti il maaşların, pensiyaların, müavinət və təqaüdlərin artırılması nəzərdə tutulub. Bunun üçün lazımi qədər vəsait ayrılıb”, - deyə nazir vurğulayıb.


Şərhlər
Bunu əvvəlcədən bəyan edərkən DƏLƏDUZ "Azərsunholdinq" ,"Veysəloğlu"kimi qayırma şirkətlər qiymətləri istədikləri kimi hə gün qaldırırlar.