Menu

Səhiyyə naziri əvəzi hansı vaksinlə peyvənd olunduğunu açıqlayıb

16.11.2021, 13:52
Səhiyyə naziri əvəzi hansı vaksinlə peyvənd olunduğunu açıqlayıb

“Azərbaycanda koronavirus əleyhinə vaksinasiya prosesində ilk iştirak edən şəxslərdənəm. Bu ilin yanvar ayının 18-də vaksinasiya başlayanda elə həmin gün ilk dozanı qəbul etmişəm”.

“Report” xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev deyib.

O xatırladıb ki, təyin olunan vaxtlar ərzində ardıcıl olaraq üç doza vaksin vurdurub: “Hər üç doza vaksin Çin istehsalı olan “Sinovac” olub”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol