Menu

Robert Köçəryan Nikol Paşinyanı istefaya çağırıb

17.11.2021, 08:55
Robert Köçəryan Nikol Paşinyanı istefaya çağırıb

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın rəhbəri olduğu müxalif “Ermənistan” bloku baş nazir Nikol Paşinyanı istefaya çağırıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Ölkə sakinlərinə müraciət edən blokun rəhbərliyi bildirib ki, Nikol Paşinyanın istefası üçün bütün qüvvələrin bir araya gəlməsi, ölkədə yeni hakimiyyətin formalaşdırılması tələb olunur.

Bəyanatda həmçinin qeyd edilib ki, Nikol Paşinyan hakimiyyəti insan qurbanlarına, parçalanmaya, xaosa gətirib çıxarır.

“Vəziyyətin tam həlli bu hakimiyyətin getməsindən ibarətdir. Nikol Paşinyanın istefasından sonra bütün qüvvələrin birləşməsi, yeni hökumətin formalaşdırılması, xarici və daxili problemlərin həlli siyasəti təmin edilməlidir”, - bəyanatda deyilir.

Şərhlər

Xülya XəyalPƏRƏST 2021-11-17 09:32:59

44 günlük müharibədən də öncül dərs! Varsa ədalətli dünya birliyi onu Ermənistan hakimiyyətinə qaytarıb və ONLARI basdırılmış minaları təmizlətdirib, azərbaycanlıların viranə edilmiş evlərinin əvəzinə tikdirməyə, talan etdiklərini bərpa etməyə məcbur etməlidirlər! Tərəfdaşları Kreml sərhədçilərini də Azərbaycanı erməni yırtıcılarından sərhədlərimiz müdafiəyə düzməlidirlər! İlahi haqq-ədalət bu müqəddəs borcu tələb edir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol