“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsində 500 milyon manata yaxın artıq vəsait qalıb”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında – “DSMF-nin 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib.
“Biz qanunvericilikdə pensiya yaşı və iş stağı ilə bağlı dəyişikliklər etdik, onun sayəsində DSMF-də pul yığıldı. Həmin pulu xərcləmək lazımdır. Şəhid ailələri və qazilərin ciddi problemləri var”, - o bildirib.


Şərhlər
ARDSMF-un sərbəst vəsaitlərinin idarə olunma mexanizmi müəyyənləşməlidir, dövlət büdcəsində olduğu kimi... Fondun qənaətə maraqlarını stimullaşdırmaq lazımdır, təkcə inzibati üsullar yalnız müvəqqəti nəticələr verir...nəhayət, Fondun ötən ilki kəsri Dövlət büdcəsi vəsaitləri, sonuncunun kəsri ARDNF və dövlət borcları hesabına örtülüb....o səbəbdən artıq qalmış vəsaitin ilk növbədə sahibi var....Vətən müharibəsi qaziləri layiq olduqlarını müvafiq Dövlət proqramları üzrə almalıdırlar, müzakirəsiz....artıq qalan vəsaitlər üzrə yox!!!