Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 milyon 800 min manat ayrılıb.


Şərhlər
Görəsən bu pullar hara və nəyə xərclənəcək!!!??? Hər dəfə eşidir və oxuyuruq ki, prezident milyonlarla pul ayırıb ki, 5mərtəbəli binaların dam örtükləri təmir edilsin....bəs hanı bu pullar, hara xərclənir bu pullar!?