Menu

Milli Məclis gələn il üçün yaşayış minimumunu birinci oxunuşda qəbul edib

17.11.2021, 15:20
Milli Məclis gələn il üçün yaşayış minimumunu birinci oxunuşda qəbul edib

Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

“Report”un xəbərinə görə, qanun layihəsinə əsasən, halinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol