Menu

Deputat Milli Məclisə yeni avtomobillərin verilməsini təklif edib - Spiker narazı qalıb

17.11.2021, 17:01
Deputat Milli Məclisə yeni avtomobillərin verilməsini təklif edib - Spiker narazı qalıb

Deputat Tahir Kərimlinin Milli Məclisə yeni avtomobillərin verilməsi təklifi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub.

"Report"un xəbərinə görə, deputat çıxışı zamanı bildirib ki, parlamentdə uzun illər işləyən gənclər var: "Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyiniz həyalıdıır deyə belə münasibət göstərmək olmaz".

Spiker həmkarının çıxışına sərt reaksiya verib: "Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq . Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə mən əsəbləşdim. Qaçqınlar, məcburi köçkünlər Qarabağa köçkün, onları yerləşdirəndən sonra danışarıq".

Şərhlər

t.ədalət 2021-11-17 22:04:17

Azərbaycan müharibə şəraitində böyük xərclər tələb edən işlər görmək üçün maliyyə axtarışında olduğu bir vaxtda təzə xidməti maşın arzusunda olmaq xəyanətdən başqa bir şey deyil.

Hərbi pensiyaçı 2021-11-17 18:53:54

Utanmaz utanmaz maşın davası edirlər. Hərəsinin ailəsində ən azı 3-4 əd 50-100 dollarlıq maşınları var. Maşın davası edənə kimi deklarasiya haqqında qanunu qəbul edin və orada göstərin bu pulların mənbəyini haradandır Sizdə? MM səlahiyyəti PA nın şöbə səlahiyyətindən azdır. .

Oxucu 2021-11-17 18:39:55

Maşın məsələsi ləğv olunmalıdır. Kim maşın istəyirsə , getsin öz vəsaiti hesabına maşın alsın.

SAMİR JANARDAĞ 2021-11-17 17:49:39

Xəzər naz lifan verməyə lazımdı

esger 2021-11-17 17:11:23

Taxir Kərimli əsl siz demişrən millət vəkilli Nazirlər Kabinetindən əl çekib yaqin köhnə avtomobili seçicilərə bahışlamaq istəyir Onu dəstəkləyin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol