Menu

Ali Məhkəmə hakiminin səlahiyyət müddəti 70 yaşadək artırıldı

28.10.2014, 16:02
Ali Məhkəmə hakiminin səlahiyyət müddəti 70 yaşadək artırıldı

Ali Məhkəmənin hakimi Əli Rüstəmovun səlahiyyət müddəti uzadılıb.

“Media forum” saytı xəbər verir ki, qərar prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisin 28 oktyabr iclasında qəbul edilib.

1949-cu ildə anadan olmuş Əli Rüstəmov 2000-ci ildən Ali Məhkəmənin hakimidir.

“Məhkəmələr və hakimlər haqqında” qanuna əsasən, hakimlər beş il müddətinə təyin olunurlar. Son yaş həddinə - 65 yaşına çatmış hakimin səlahiyyət müddəti Məhkəmə-Hüquq Şurasının təklifi ilə 70 yaşınadək artırıla bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol