Menu

Səhiyyə nazirinin müavinindən valideynlərə çağırış

18.11.2021, 13:22
Səhiyyə nazirinin müavinindən valideynlərə çağırış

"Bəzi xəstəliklərin təməli uşaq yaşlarında qoyulur. Vaxtında müayinə və müalicə olarsa, gələcəkdəki ağırlaşmaların, ölüm hallarının qarşısını almaq olar".

"Report" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rahim Əliyev Azərbaycan Uşaqlarının V Ümumirespublika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, peyvəndlənmə həmişə insanların həyatını qurtarmağa hesablanıb: "Uşaqlıqda olunan peyvəndlərin sayəsində vərəm, difteriya və s. kimi xəstəliklərin gələcəkdə artmasının və mövsümi xəstəliklərin qarşısını alır. Maarifləndirmə nəticəsində peyvəndlərə etibarlı yanaşma var. Çünki dünyada xəstəliklərin gedişatında peyvəndlərin önəmi sübut olunub. Təhsilin yüksək olduğu ölkələrdə peyvəndlərə etibar var".

Şərhlər

Niyaməddin 2021-11-18 15:05:58

Bizim səhiyyəmiz bərbad gündədir. Harda müayinə etdirək övladlarımızı? Nisbətən yaxşı xidmət göstərən özəl tibb müəssisələrində müayinə, müalicə isə od qiymətinə! Hansı pulla sağlamlığına diqqət edək övladlarımızın? Bir qarın çörək pulundan ötrü dəridən-qabıqdan çıxırıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol