Menu

Dilqəm Əsgərov özünü təqsirli bilmir

28.10.2014, 16:27
Dilqəm Əsgərov özünü təqsirli bilmir

Ermənistanın müstəqil KİV-ləri məhkəmədən Qarabağda iki Kəlbəcərlinin işi üzrə məhkəmədən ilkin məlumatları təkzib edirlər.

Bazar ertəsi hökumətyönlü Ermənistan KİV-ləri Şahbaz Quliyevin və Dilqəm Əsgərovun erməni yeniyetmə Tsakaynayın qətlində və digər hüquqazidd əməllərdə “təqsirlərini tamamilə və ya qismən etiraf etdiklərini” iddia edirdi.

İfadə verən Dilqəm Əsgərovun fotosunu nümayiş etdirən Ermənistan KİV-i onun sözlərini çatdırmayıblar.

Çərşənbə axşamı bir sıra müstəqil mənbələr Dilqəm Əsgərovun da özünü təkcə Smbat Tsakanyanın qətlində deyil, həm də sərhədi keçməkdə təqsirli bilmədiyini, yalnız Tsakanyandan pul aldığını etiraf etdiyini bildiriblər.

Xatırladaq ki, Ermənistan tərəfi Quliyevi və Əsgərovu Kəlbəcər ərazisinə nüfuz edərək, iki nəfəri öldürən və casusluqla məşğul olan diversiyaçı adlandırır.

Azərbaycan bu iki Kəlbəcər sakinini girov hesab edir və onların dərhal azad edilməsini tələb edir.

Kəlbəcər 1993-cü ilin aprel ayından erməni işğalı altındadır./contact.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol