Menu

Ermənistanda ehtiyatda olan hərbçilərin təlimi başlayıb

18.11.2021, 16:29
Ermənistanda ehtiyatda olan hərbçilərin təlimi başlayıb

Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçiləri təlim-məşq toplantısına çağırıb.

“Report” “News.am”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, təlim-məşq toplantısı noyabrın 18-dən dekabrın 18-dək davam edəcək.

Təlimdə ehtiyatda olan 13 zabit, 28 unter-zabit və 161 sıravi cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol