Menu

“Tesla” 7,6 min elektromobilini geri çağırır

18.11.2021, 17:43
“Tesla” 7,6 min elektromobilini geri çağırır

“Tesla” şirkəti ABŞ bazarında 7,6 min elektromobilini geri çağırır.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, söhbət 2021-ci il istehsalı olan “Model X” və “Model S” modellərindən olan avtomobillərdən gedir. Geri çağırılma təhlükəsizlik yastıqlarındakı mümkün problemlərlə əlaqədardır.

Xatırladaq ki, noyabrın əvvəlində şirkət 2017-ci ildən bu yana istehsal olunan "Model 3", "Model Y", "Model S" və "Model X" modellərindən olan 11,7 mindən çox elektromobilini əyləc sistemindəki nasazlıq səbəbdindən geri çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol