Menu

“Avrasiya İttifaqına inteqrasiya bizim üçün prioritetdir...” – Paşinyan "yola gəlir"

18.11.2021, 18:12
“Avrasiya İttifaqına inteqrasiya bizim üçün prioritetdir...” – Paşinyan "yola gəlir"

"Avrasiya İttifaqına inteqrasiya Ermənistan hökuməti üçün prioritet məsələlərdən biridir".

"AzPolitika.info" xəbər verir ki, bunu cümə axşamı Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasının açılışında deyib.

"Biz hökumətlərimiz arasında konstruktiv dialoqun davam etdirilməsi üçün bundan sonra da səy göstərməyə hazırıq. Bu görüşü təşkil etməklə biz gündəliyin müzakirəsi üçün münbir şərait yaratmağa çalışdıq. Gündəlikdəki məsələlərin işlənməsi ilə yanaşı, bu, çox vacibdir. Nümayəndə heyətlərimizin əlaqə saxlaması vacibdir”, - Paşinyan bildirib.

Xatırladaq ki, Avrasiya İttifaqı Rusiyanın postovet məkanındakı inteqrasiya layihələrindən biridir. Təşkilatda Rusiya, Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan təmil olunur.

"AzPolitika.info"

Şərhlər

Adam 2021-11-18 18:28:44

Pasinyan choxdan yola gelib, her bir sheye imza atmaga ve canini rusdan qurtarmaga hazirdir. Pasinyana ne qarabag , ne ordaki ermenilerin taleyi maraqlidir. RUS imkan vermir. Butun oyunu Rusiya oynayir. Hamida bunu bilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol