Menu

Gürcüstan parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunub

18.11.2021, 19:49
Gürcüstan parlamentində Azərbaycan-Ermənistan sərhədindəki gərginlik müzakirə olunub

Gürcüstan parlamentinin Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradze bu ölkədə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşüb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidmətindən bildirilib.

Tərəflər regional təhlükəsizlik və Cənubi Qafqazda baş verən prosesləri müzakirə ediblər.

Xüsusi diqqət Azərbaycan-Ermənistan sərhədində bu həftə yaranmış gərgin vəziyyətə yönəldilib. N.Samxaradze Gürcüstan hökumətinin bölgədə sülh təşəbbüsünün önəmini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol