Menu

Gəncədə evdə partlayış olub

19.11.2021, 00:59
Gəncədə evdə partlayış olub

Gəncə şəhərində fərdi evdə partlayış baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Əlişir Nəvai küçəsində qeydə alınıb.

Partlayış nəticəsində evin müəyyən hissəsi uçub, evdə olan 1977-ci il təvəllüdlü Sahibə Rasim qızı Verdiyeva və oğlu 1998-ci il təvəllüdlü Veridyev Əli Vahid oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıb. Qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır. Oğlunun vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol