Menu

Qazilər nazirlik önündə aksiya keçirib - DİN açıqlama yaydı

19.11.2021, 13:40
Qazilər nazirlik önündə aksiya keçirib - DİN açıqlama yaydı

Bu gün 26 nəfər şəxs sosial təminat problemləri ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin önünə toplaşıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Onlara Nazirliyin əməkdaşları tərəfindən qəbul olunmaları təklif edilmişdir.

Həmin şəxslərdən bir qrupu təklifi qəbul edərək qəbula getmiş, təklifi qəbul etməyənlər isə polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılmışlar. Bu zaman heç bir instident qeydə alınmamış və saxlanılan yoxdur. Eyni zamanda qeyd edək ki, həmin şəxslərin müraciətlərinin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılması onların diqqətinə çatdırılmışdır", - nazirlikdən qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol