Menu

Tbilisidə Saakaşvilinin tərəfdarları yenə aksiya keçirirlər

19.11.2021, 16:12
Tbilisidə Saakaşvilinin tərəfdarları yenə aksiya keçirirlər

Tbilisinin mərkəzində Gürcüstanın üçüncü Prezidenti Mixeil Saakaşvilinin tərəfdarları növbəti aksiya keçirirlər.

“Report”un yerli bürosu xəbər verir ki, iştirakçılar Respublika meydanından Rustaveli prospekti boyu yürüş edirlər.

Mitinqin əsas tələbi M.Saakaşvilinin çoxprofilli mülki xəstəxanaya köçürülməsidir.

Parlamentin binası önündə davam etdiriləcək aksiyada Vahid Milli Hərəkat Partiyasının üzvləri, müxalifət tərəfdarları və ictimai fəallar iştirak edirlər. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol