Menu

Arif Rəhimzadəyə “Şərəf” ordeni təqdim edilib

19.11.2021, 17:22
Arif Rəhimzadəyə “Şərəf” ordeni təqdim edilib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından olan məşhur "91-lərin" üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadəyə “Şərəf” ordeni təqdim edilib.

“Report”un xəbərinə görə, mükafatı YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr olunan konfransda təqdim edib.

Bundan əlavə, sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun di­rek­to­ru Misir Mərdanava I dərəcəli “Vətənə xidmətə görə” ordeni təqdim edilib.

Şərhlər

Xəzər 2021-11-19 21:02:53

heyif! Axı Rəhimzadə 5-ci kolonin üzvü və Azərbaycan müstəqilliyini qəbul etməyən tipdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol