Menu

Rusiyada son sutkada 37 120 nəfər koronavirusa yoluxub

20.11.2021, 13:31
Rusiyada son sutkada 37 120 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 37 120 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 294 188 nəfərə çatıb.

Son sutka ərzində 1 254 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 262 843 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniydan sonra üçüncü yerdə gəlir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol