21 ÖLÜ, 100-Ə YAXIN YARALI...- Ermənistanın sərhəd döyüşlərindəki itkiləri məlum oldu

Ermənistanın nobayrın 16-da Azərbaycanla dövlət sərhədində törətdiyi təxribat zamanı nə qədər itki verdiyi məlum olub. "Report" xəbər verir ki, “Caliber” Azərbaycan və Rusiyadakı hərbi dairələrində olan mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Zəngəzur bölgəsindəki sərhəd döyüşlərində Ermənistan Silahlı Qüvvələri 21 hərbçisini itirib. Azərbaycan tərəfindən saxlanılan erməni hərbçilərinin sayı 30 nəfər olub. Ermənistan Silahlı Qüvvələrinin yaralılarının sayı isə 100-ə çatır.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb.

Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.

Qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub.

Ermənistan Silahlı Qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə qarşı tərəfin hərəkəti məhdudlaşdırılıb, onun qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib.

Genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin hücumu əməliyyat-taktiki baxımından tam iflasa uğrayıb və növbəti dəfə rəsmi İrəvanın təxribat törətmək cəhdi uğursuzluqla nəticələnib.

635x100

Şərhlər

B.Qarabağlı 2021-11-21 22:53:04

Tərəfdaşlarına arxayın İŞĞALÇIsı guya öncə guya 5 sonra 20 km müdafiə zolaqları üzrə DQMVdən yüz minlərlə yerli azərbaycanlı ailələrini hərbi soyqırımla öz evlərindən qovub, sərhəddə qədər gedib. iki tərəfli hücum halı yaratmışdı. İndi də sərhəd boyu hücum edir və canlı itgilər vermişik? Biz də təhlükəsizlik zolağı taktikasını bəyan etməli və sərhəd boyu bizə hücum edən hərbi obyekləri azı 5 km o tərəfdə-içəridə məhv etməyə çalışmalıyıq ki, canlı itgilər verməyək? İndi də güllə keçirməz texniki müdafiəyə gətirə bilmədiyimiz sərhədlərimiz boyu hücum edir və canlı it

Son yazılar