Menu

Ucarda piyadaların kabusuna çevrilən səkilər - VİDEO

20.11.2021, 23:19
Ucarda piyadaların kabusuna çevrilən səkilər - VİDEO

Ucarda piyadalara hərəkət etməkdə çətinlik yaradan səkilər artıq 5-6 ildir sakinlərin kabusuna çevrilib.

Vətəndaşlar deyir ki, əvvəllər səkilərin üstü bomboş, tam rahat və təhlükəsiz hərəkət üçün əlverişli idi. Lakin bir neçə il öncə təbiəti yaşıllaşdırmaq adı ilə yol boyu səkilərdə ağaclar əkilməyə başlandı. Bu vəziyyət əvvəlcə elə də problem yaratmasa da, ağaclar qol-budaq atdıqca sakinlərin işini müşkülə çevirməyə başlayıb.

Qeyd edək ki, gediş-gəlişə tam yaramadığı üçün vətəndaşlar səkilərdən aşağı düşərək avtomobil yolu ilə hərəkət etməli olur. Nəticədə, həm özlərinə təhlükə yaradır, həm də sürücülərin işini çətinləşdirirlər.

Şərhlər

Rahib 2021-11-21 07:23:18

İcra başçısı Mənsur Məmmədov Ziyanın ən sevimli qohumudur. Üç rayonda başçı işləyib. Hamısında da yeyib, dagıdıb gözün üstə qaşın var deməyiblər. İndi doyub. Yalvarır ki, işdən çıxarıb, yenə çıxarmırlar. Özü də işləmir, günün sayır...

Tahir 2021-11-21 07:18:30

Ziya Məmmədovların nəslə bu dövlətə və xalqa ancaq ziyan vurmaq üçün yaranıblar. Onlar dövlətin pulunu dagıtmaq üçün vətəndaşın evinin damına, yatacaq yerinə də agac əksər. Təki dövlətdən ogurlamaq mümkün olsun. Bu agacları əkib qazanıblar, indi sökün qazanacaqlar. Bəs vurulan Ziyana görə kim cavab verəcək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol