“BİLMİRİK PUTİNİN NİYYƏTİ NƏDİR, AMMA..." - ABŞ dövlət katibindən xəbərdarlıq

ABŞ dövlət katibi Entoni Blinken Rusiya silahlı qüvvələrinin Ukrayna sərhədləri boyu “qeyri-adi fəallığının” Birləşmiş Ştatlarda və onun müttəfiqlərində ciddi narahatlq yaratdığını bəyan edib. Blinken bildirib ki, daha əvvəl baş verənləri nəzərə alanda Rusiya qoşunlarının sərhədə cəmləşdirilməsi hərbi müdaxiləyə hazırlıq ola bilər.

virtualaz.org xəbər verir ki, Entoni Blinken bu haqda Seneqala səfəri zamanı danışıb. ABŞ kəşfiyyatının Avropa ölkələrini Rusiyanın Ukraynaya müdaxilə etmək üçün şaxtaların düşməsini gözlədiyi haqda xəbərdarlıq etməsinə dair KİV-lərdə çıxan xəbərləri şərh edən dövlət katibi bildirib ki, həqiqətən Vaşinqtonda ciddi narahatlıq yaranıb.

“O cümlədən Rusiya tərəfindən eşidilən ritorika də real narahatlıq yaradır, sosial şəbəkələrdəki ritorika da daxil olmaqla”, - Blinken deyib.

“Biz bilmirik prezident Putinin niyyətləri nədir, amma biz keçmişdə nələrin baş verdiyini bilirik. Biz guya Ukrayna və ya başqa ölkənin təxribata əl atdığı barədə illüziya yaradaraq buna istinad etmək fəndini də bilirik. Hansı ki, bu təxribat illüziyası sonradan Rusiyanın çoxdan planlaşdırdığı hərəkətlərinə haqq qazandırmaq üçün istifadə edilir”, - ABŞ dövlət katibi əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar