Menu

Kremlə qarşı olan şərhçilər "qara siyahı"ya alınır

28.10.2014, 18:08

main-gate-to-the-kremlinRusiya və Ermənistan XİN başçılarının gizli görüşü nə vəd edir?

Oktyabrın sonlarında Rusiya və Ermənistan XİN başçıları arasında baş vermiş məsləhətləşmə erməni şərhçilərini qorxuya salıb.

ANS PRESS-in məlumatına görə, bir sıra şərhçilər bunu Kremlin ermənilər üçün "qara siyahı" hazırlaması kimi dəyərləndiriblər. Çünki gündəlikdə informasiya məkanında diskriminasiya və ksenofobiya təbliğatı ilə mübarizə olub.

Erməni şərhçiləri isə bu fikirdədir ki, Rusiya bu məsələdə Ermənistana heç bir tövsiyyə verə bilməz. “Rusiya televiziyası dezinformasiya və ksenofobiya təbliğatı mənbəyinə çevrilib”,- deyə erməni şərhçi Akop Badalyan vurğulayıb.

Daha sonra şərhçi Moskvanın Ermənistan informasiya məkanında Rusiya düşmənlərinin qara siyahısını tutmaq niyyətlərindən danışıb: “Bu niyyətini Rusiya hətta gizlətmir, açıq şəkildə Rusiyanın Ermənistandakı səfirinin və Avrasiya məmurlarının dili ilə ifadə edir. Görünür, Kreml İrəvana Avrasiya İttifaqının əleyhinə olanların siyahısını tutmağı tapşırıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol