Menu

Tovuzda ananın azyaşlı övladını küçəyə atması ilə bağlı araşdırmalara başlanılıb

23.11.2021, 09:37
Tovuzda ananın azyaşlı övladını küçəyə atması ilə bağlı araşdırmalara başlanılıb

Polis Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Gəncə şəhər regional qrupdan məlumat verilib.

Bildirilib ki, məsələ polis nəzarətinə götürülüb və aparılan araşdırmalar nəticəsində hüquqi qiymət veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz rayonunda ananın gecələr azyaşlı övladını evdən çıxararaq küçədə yatmağa məcbur etməsi ilə bağlı foto paylaşılıb.

Məlumata görə, foto rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkilib.

Şərhlər

t.ədalət 2021-11-23 11:19:21

Tovuz qadınları uşaq sevəndir.Görünür,qadının psixi zədəsi var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol