“Dünən Fransa səfiri Zakari Qross azad Ağdama səfər edib. Bu, gözlənilməz olsa da, ehtirama layiq hadisədir. İyul ayında 100-dən artıq ölkənin diplomatik-siyasi təmsilçiləri Şuşanı ziyarətə gedəndə BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən, Fransa nümayəndəsinin kənarda qalması haqlı etiraz doğurdu, lakin dünənki addımı hamı alqışlayır”.
APA-nın məlumatına görə, bunu deputat Zahid Oruc parlamentin iclasında deyib.
Z. Oruc bildirib ki, biz Qələbəmizin beynəlxalq legitimliyinə şübhə etmədiymiz üçün onu kimin tanıyıb-tanımamasına deyil, bir milyon insanın tarixi irsinin necə silindiyini hər kəsin öz gözləri ilə görməsinə çalışırıq: “Vətən müharibəsində Fransa xalqının simpatiyası bizim tərəfdə olsa da, hökumət, parlament və yerli hakimiyyət təmsilçiləri, eləcə də prezident Makron Ermənistanla vahid səngərdə oldu. Son altı ayda Fransa rəsmiləri öz mövqelərində müəyyən dəyişikliklər etdi, ərazilərin minalardan təmizlənməsinə humanitar dəstəklə dövlətimizlə münasibətlərin bərpasına çalışdı, lakin Lüksemburqu, Avropa Parlamentinin 33-dək üzvünü və dağıdıcı mühacirət qrupunu əleyhimizə təşkilatlandırdılar, onları siyasi və informativ tezislərlə təchiz etdilər, İrəvana intensiv səfərlərlə məğlubiyyətdən sarsılan xalqı və hakimiyyəti ölkəmizə qarşı səfərbərliyə çalışdılar. Ona görə də çoxunu bir sual düşündürür - həqiqətənmi fransız ordusu gəlib Rusiya və Türkiyə ilə çiyin-çiyinə Ağdamda sülhün keşiyini çəkmək istəyir? 25 minlik erməni əhalisinə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir? Məgər dünyada statussuz erməni yaşamır?
Sualların cavabı hamıya aydındır. Xankəndində yaşayan sadə erməniyə yox, Parisə gedən siyasi avantüristlərə, Aqanbekyanın davamçılarına, bir də Qərb dövlətlərinin özünə status lazımdır. Çünki bizim regionda “hökmranlıq status”u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir. Ona görə də Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsi imzalansaydı, biz əsl düşmənlərimizi görərdik!”


Şərhlər
Cürətiniz çatmır ki, qətnamə qəbul edəsiniz ki,-Ermənistan 1987-1989 cu illərdə azərbaycanlı vətəndaşlarını Milis Zoru ilə deportasiya etdiklərinə görə adekvat qonşuluq prinsipinə sədaqət kimi Azərbaycanda qalmış (Qarabağdakı) ermənilər də onların əvəzinə Ermənistana köçürülsünlər! 2-SSRİ ensiklopedindən səhv etmirəmsə 4 cü tomda Ermənilərin neçə baş hansı tarixdə Rusiya soyuğundan Azərbaycana hansı kənd və uezdlərə köçürülməsi haqqında səhifələrin surətlərini Cənab MAKRONAya, Avropaya, məhkəmələrə, dünyəvi mətbuata göndərəsiniz? Onun müəllifləri arasında ermənilər çox olsa da, məncə heç bir azərbaycanlı yoxdur!?
Bizimlə müharibəni aparan Rusiyadır.Sizin sevdiyiniz və sizi yetişdirən Rusiya!Sülh müqaviləsi də Rusiya istəmədiyi müddətcə imzalanmayacaq.
Ermənistan Fransada təmir olunmalı nə qədər tarixi yerlər var hamısını remont eləyib deyə Fransa onu müdafiə edir. Biz bir qəpik də xərcləməmişik niyə bizi müdafiə etsin ki? Bir də ki, məlum oldu ki, okazıvaetsa Ermənistan Zahid Oruc üçün əsas düşmən deyilmiş. Zahid frontal qaydada əsas Düşmənimizin axtarışına çıxıb ,Zahidin hesabına yüz ildən sonra əsas düşmənimiz erməni olmadığını tapan kimi mütləq xəbər eləyəcək ... Nəsə son zamanlar mənə onun bizdən olması şübhə doğurmaga başlayıb.Sıfatdan da Urusa oxşuyur e ..
Cənab KOMİTƏ SƏDRİ, yadlarıa bu dili, foranı verən Azərbaycan HÜQUQUdur ki, tarixin ən vəhşi hərbi soyqırım cinayətini BMT TŞnın DQMV həlli üzrə operativ=ədalətli qərarından sonrakı 28 ildə belə MÜHAKİMƏ edib, cinayətkarları siyasi dünya aləminə açıqlamayıb?
Hələ də 5-ci kolon adamı ayılmayıb....Deyir qonşuda zurna-balaban çalınır,bu deyir bu səs haradan gəlir? Yat qal dala lay-lay! .....